Bakıda xəstə yaxınları həkimlərə hücum çəkdi, təhqir etdi

Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin yaxınları tərəfindən təhqir və şantaj ediliblər. Hadisə dünən gecə saat 23:30- da baş verib.
Baş həkim əlavə edib ki, gecə xəstənin anası və daha 4 kişi qohumu reanimasiya şöbəsinə keçməyə cəhd ediblər. Kişilər sərxoş vəziyyətdə olduğundan dava salıblar: "Reanimasiya şöbəsində bir neçə ağır xəstə var, bu şöbəyə giriş qadağandır. Həkimlər sakitləşdirməyə çalışarkən təhqir olunublar. Yalnız mühafizəçilərin müdaxiləsi ilə onları şöbədən çıxarmaq mümkün olub”.
Baş həkim onu da söyləyib ki, Yusifova hazırda həkim nəzarətindədir, müayinə və müalicəsi davam etdirilir.
Məlum olub ki, E.Yusifova bir neçə gün əvvəl yenə də ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasına gətirilib. Xəstəxananın baş həkimi Fazil Alməmmədov virtualaz.org-a bildirib ki, xəstə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, amma şəkəri normal vəziyyətə düşən kimi müalicədən imtina edib: "Həkimlərin təkidinə baxmayaraq imtina ərizəsi yazaraq müalicə olunmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini deyib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























