• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda icra başçılarının qəribə korrupsiya sistemi üzə çıxdı

Azərbaycanda icra başçılarının qəribə korrupsiya sistemi üzə çıxdı
07.11.2019 19:07
Şahbaz Xuduoğlu: "Aylıq, təxminən 125 min manat təkcə başçıya çatırdı”

"Hər rayona Prezident Administrasiyasından kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdı. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi. Qalan adamlar isə, adları işdə gedən, lakin özləri olmayan "ölü canlar” idi”.
AYNA xəbər verir ki, bu məlumatı "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu paylaşıb. Onun bildirdiyinə görə, sözügedən 600 kvotadan 520-sini keçmiş icra başçısı Şəmsəddin Xanbabayev mənimsəyib.
 

Şahbaz Xuduoğlu

"Yerdə qalanlar Məşğulluq Mərkəzinin direktoru Ayazın, MKT-nin direktoru Qalibin və DOST Mərkəzinin rəhbəri Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə Maliyyə İdarəsinin rəisini çağıraraq deyib ki, "mən belə şey edə bilmərəm, Prezidentin xüsusi göstərişi var, ona görə də kartları qaytarın”. İndi Xaçmazda düşüblər küçələrə ki, "ölü canları” tapıb, kartları geri alsınlar. Məhəllə-məhəllə gəzirlər”, - deyə Ş.Xuduoğlu bildirib.
Onun sözlərinə görə, Maliyyə İdarəsinin Nizami adlı rəisi təzə başçıya and-aman edib ki, "vallah-billah, kartlar Şəmsəddin Xanbabayevdədir”: "Nəzərə alaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur. Son olaraq 250 manat yüklənirdi. Aylıq, təxminən 125 min manat təkcə başçıya çatırdı”.
AYNA əməkdaşı sözügedən hadisə barədə rəsmi məlumat almaq üçün Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxlayıb. RİH-in adını açıqlamayan bir əməkdaşı belə bir hadisənin baş vermədiyini deyərək, tələsik dəstəyi asıb...

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol