• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA

Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA
29.05.2020 08:40
"Oqtayın vəziyyəti ağır sabit olaraq qalır. Səhhətində irəliləyiş yoxdur”.

Anews.az xəbər verir ki, bunu noyabrın 11-də "Azadlıq” radiosuna hüquq müdafiəçisi, hazırda Türkiyədə müalicə olunan Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.
O qeyd edib ki, gündəlik müalicə davam edir və O.Gülalıyev reanimasiyadadır.

F.Gülalıyeva vurğulayıb ki, İstanbuldakı "Avrasiya” Klinikasının həkimləri O.Gülalıyevin səhhəti ilə bağlı ilkin rəylərini veriblər. Həmin rəyin o qədər də nikbin olmadığı qeyd edilirdi: «Bu, aparılan müayinənin nəticəsi olaraq həkimlərin verdikləri ilkin rəy idi. Yəqin ki, aparılan müalicə də öz nəticəsini verər».

F.Gülalıyeva həkimlərin əllərindən gələni əsirgəmədiklərini söyləyib. "Amma "Avrasiya” Klinikası neyrocərrahiyyə baxımından münasib deyil”-deyə, o əlavə edib.

F.Gülalıyevanın sözlərinə görə, bu gün, noyabrın 11-də Türkiyədə tanınan iş adamlarından birinin həkimi O.Gülalıyevin vəziyyəti ilə tanış olmağa gələcək.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev "City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Beyin zəilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol