• $
  • €
  • ₽
  • ₺
  • £

"Sevil"in mülkiyyətçiləri etiraza qalxdılar

"Sevil"in mülkiyyətçiləri etiraza qalxdılar
15.08.2014 12:00
Avqustun 15-də Abşeron rayonu ərazisindəki «Sevil» yaşayış massivinin bir qrup payçısı etiraz aksiyası keçirib.Adamlar etiraz olaraq yaşayış binası tikən «Sevil» MTK-nin ofisi qarşısında toplaşaraq rəhbərlikədən tikinti işlərinin dayandırılma səbəbləri ilə bağlı onlara konkret cavab verilməsini tələb ediblər: «Biz «Sevil» MTK-dan ev tikmək üçün torpaq sahəsi almışıq, amma birdən-birə bizim tikinti işlərimizi dayandırıblar. Rəsmi qurumlar deyirlər ki, bu işdə korrupsiya və vergidən yayınma halları olub və məsələ araşdırılanadək biz tikinti apara bilmərik».Azadliq.org xatırladır ki, bir müddət əvvəl «Sevil» massivi MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunublar. Hər iki şəxs «qanunsuz sahibkarlıq» və «vergi ödəməkdən yayınma» da ittiham olunurlar.Baş Prokurorluğun iyulun 25-də yaydığı məlumatda bildirilir ki, Vergilər Nazirliyi «Sevil» Massivi MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər.O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər.İstintaq hesab edir ki, «Sevil» Massivi MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan «At yalı» və «Sonalı sahəsi» adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol