• $
  • €
  • ₽
  • ₺
  • £

Sümükləri gündən-günə zəiflədən dörd VƏRDİŞ

Sümükləri gündən-günə zəiflədən dörd VƏRDİŞ
11.11.2019 22:26
Türkiyəli travmatoloq-ortoped İbrahim Rızvanoğlu sümük sağlamlığı haqqında vacib məlumatları açıqlayıb.
Anews.az xəbər verir ki, mütəxəssis uşaqlıqda qəbul edilən qidaların sümüyün möhkəmliyində əhəmiyyətli rolu olduğunu vurğulayıb.
Xüsusilə kalsium, D və K vitamini, fosfor və maqneziumla zəngin qidalar sümük inkişafı və sağlamlığı qorumaq üçün vacibdir. Süd və süd məhsullarından başqa (qatıq, pendir, kefir və s.) balıq, qaraciyər, ispanaq, qırmızı bibər, brokoli, pomidor, banan, portağal çox faydalıdır.
Kefir, qatıq, pendir və süd sümük inkişafı üçün zəruri olan qidalandırıcı mənbələr arasındadır və 35 yaşa qədər ehtiyat rolunu oynaya bilər. Başqa sözlə, 35 yaşına qədər bu qidalar gələcəkdə yarana biləcək sümük əriməsinin qarşısını ala bilər, bu yaşdan sonra qəbul edilən qidalar kalsium ehtiyatını artırmasa da stabilliyə təsir edir.
Araşdırmalara görə, duzdan çox istifadə edən insanlarda sümüklərin sınma ehtimalı 4 qat daha yüksəkdir. Odur ki, duzun miqdarı nəzərə alınmalıdır.

Bundan əlavə, qazlı içkilər sümüklərin tükənməsinə səbəb ola bilər. Həm də çox proteinli qidalara üstünlük vermək sümüklərə zərər verə bilər.
Qəhvə faydalı olsa da, gündə 2 fincandan artıq qəbul orqanizm üçün zərərlidir. Çünki qəhvə orqanizmdən kalsiumun sidik yolu ilə xaric olunmasını sürətləndirir. Dolayısı ilə sümüklərdə olan minerallar yavaş-yavaş azalmağa başlayır.
Siqaret də sümüklər üçün zərərlidir. O, sümüyün qidalanmasını təmin edən damarların yaranmasına mane olur, həmçinin mövcud damarların tıxanmasına yol açır. (publika.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol