• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur Baxşəliyevlə bağlı ŞOK HADİSƏ - Polis onu axtarır - FOTO

Zaur Baxşəliyevlə bağlı ŞOK HADİSƏ - Polis onu axtarır - FOTO
12.11.2019 18:22
Teleaparıcı Zaur Baxşəliyevin adından şair İlhamə Elşadqızına qarşı saxtakarlıq edilib. 
 
Anews.az xəbər verir ki, İlhamə xanım Baku.ws-ə açıqlamasında Zaur Baxşəliyevin adı və fotosu ilə açılan "Facebook" profilini idarə edən şəxs tərəfindən aldanıldığını bildirdi:
"Özünü Zaur bəy kimi təqdim edən dələduz mesaj bölümündə mənə yazaraq hazirda yeni xeyriyyəçilik layihəsi üzərində işlədiyini və bunun üçün izləyiciləri çox olan ictimai insanların səhifələrinə ehtiyac olduğunu bildirdi. Səhifəmdə xeyriyyəçi paylaşımlar etmək üçün məndən şəxsi profilimin email ünvanımı və şifrəsini istədi.
Əvvəlcə tərəddüd etdim, vermək istəmədim. Dedim ki, nə lazımdırsa verin, özüm paylaşaram. Sonra görüntülü danışmaq istədiyimi bildirdim. "Zaur Baxşəliyev" cavab verdi ki, elə yerdəyəm, danışa bilmərəm. Nə isə, Zaur bəyin efirdə minlərlə insana yardım etdiyinin şahidi olduğumdan inandım və səhifəmin şifrəsini verdim. Şifrəmi verəndən sonra səhifəmə girə bilmədim. Bir sözlə, məni aldatdılar. 4980 dostumun olduğu səhifəmi mənimsədilər".
İ.Elşadqızı qarşılaşdığı dələduzluqla bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə yazılı şəkildə müraciət edib:
"6 noyabr tarixindən bəri səhifəmə girə bilmirəm. Facebook dostlarımı itirməyim ayrı dərd, məni daha çox narahat edən başqa məqamdır. Səhifəmlə dələduzluq edib, insanları aldada bilərlər. Cinayət törədərlər. Mən bunlardan qorxuram. Bütün bunların qarşısını almaq məqsədilə polisə müraciət etdim. Söz verdilər, saxtakarı axtarıb tapacaqlarına söz verdilər. Gözləyirəm". 
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol