• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı məhkəməsi ilk dəfə onlayn rejimdə ömürlük məhkumların iddialarına baxacaq

Bakı məhkəməsi ilk dəfə onlayn rejimdə ömürlük məhkumların iddialarına baxacaq
13.11.2019 11:59
Qobustan Qapalı Həbsxanasında saxlanılan və ömürlük azadlıqdan məhkum edilmiş məhkumların sağlamlıqlarına vurulan zərərlə bağlı iddialarına bu gün 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılacaq.

Azərbaycan məhkəmə prosesləri tarixində ilk dəfə olaraq mühakimə olunanların iştirakı videobağlantı vasitəsilə onlayn təmin ediləcək.   
Bu barədə Oxu.Az-a məhkumların yaxınları məlumat verib.

1971-ci il təvəllüdlü Natiq Mirzəyev və kamera yoldaşı, 1977-ci il təvəllüdlü Namiq Vəliyev məhkəməyə müraciət ediblər. Onlar cəzaçəkmə müəssisəsindəki dəhşətli saxlanma şəraitindən şikayət ediblər. Qeyd ediblər ki, bunun nəticəsində dəmir barmaqlıqlar arxasında tutulduqları bütün xəstəliklər xroniki mərhələyə keçib. Bundan əlavə, dustaqlar keyfiyyətsiz qidadan da şikayət ediblər.

22 ili dəmir barmaqlıqlar arxasında keçirən Natiq Mirzəyev məhkəməyə verdiyi iddia ərizəsində ona dəyən ziyanı 15 min avro dəyərləndirərkən, 24 ildir həbsdə olan Namiq Vəliyev sağlamlığına dəyən ziyanı ödəmək üçün 20 min avro tələb edib.
Məhkəmə iclası saat 16:00-a təyin olunub.

Qeyd edək ki, N.Mirzəyev 1997-ci ildə tutulub və Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən, şəxsi mənfəət üçün odlu silahdan istifadə ilə törədilmiş qəsdən ağırlaşdırılmış qətl maddəsi ilə 2000-ci ildə məhkum edilib. Cinayət 1994-cü ildə törədilib.
N.Vəliyev ərlə arvadı xüsusi amansızlıqla və şəxsi mənafe üçün öldürdüyünə görə məhkum edilib.

O, 1996-cı ilin avqustunda Şakir Rzaxanov və Şəmsi Salmanovla əlbir olaraq, T.Quliyev və həyat yoldaşı, dörd aylıq hamilə olan S.Əliyevanın qətlində iştirak etməkdə ittiham olunub.
Cinayət işinin materiallarına görə, N.Vəliyev, Ş.Rzaxanov və Ş.Salmanov Bayıl kəndində 20-ci hissə ərazisində yaşayan dostu T.Quliyevin yanına gəliblər. Spirtli içki qəbul etdikdən sonra cinayətkarlar ərlə arvadın əl-qolunu bağlayıb, işgəncə verərək pulun və qızıl-zinət əşyalarının saxlandığı yerin göstərilməsini tələb ediblər. Sonra onlar pul, qızıl və bir maşın oğurlayaraq evi yandırıblar. Məhkum olunanların heç biri günahlarını tam etiraf etməyib.

Bütün sübutların işgəncə altında istintaq tərəfindən əldə edildiyini iddia edirlər. Bununla əlaqədar olaraq, cəza müddətinin (ömürlük azadlıqdan məhrumetmə) yenidən baxılması tələbi ilə məhkumlar dəfələrlə aclıq aksiyası keçiriblər və müxtəlif məhkəmələrə müraciət ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol