• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO

Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO
28.05.2020 23:07
Şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova "Xalq Bank”da girovda olan mənzili ailəsinə geri qaytardığı üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Anews.az report-a istinadən xəbər verir N.Cəfərova bildirib ki, anasının müalicəsi üçün 2014-cü ildə Mingəçevir şəhərində yerləşən mənzilini girov qoymaqla "Xalq Bank”dan kredit götürüb.
Amma sonradan iki devalvasiya nəticəsində o, kredit borclarını ödəməkdə çətinlik çəkib. Belə olan təqdirdə kredit ödənilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmənin qərarı ilə onun "Xalq Bank”da girovda olan mənzili hərraca çıxarılıb.

Bundan sonra N.Cəfərova məsələni ictimailəşdirmək qərarına gəlib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə onun girovda olan mənzili geri qaytarılıb. Həmçinin, kreditin qalan borcları da Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə ödənilib.
N.Cəfərova bildirib ki, həmin ev 1994-cü ildə Azərbaycanın ovaxtkı Prezidenti Heydər Əliyev tərəfindən atasının şəhid olduğuna görə verilib. Şəhid qızı Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə anasının sentyabr ayında əməliyyat olunduğunu da vurğulayıb.
"Sentyabrın 10-da anam ikinci dəfə əməliyyat olunub. Birinci vitse-prezident Mehriban Əliyeva iki ay ərzində mənə iki böyük yaxşılıq etdi. Anamı və evimi mənə qaytardı. Mehriban xanım bizə göstərdiyi diqqət və qayğı ilə bir daha sübut etdi ki, Azərbaycan dövləti şəhidinə böyük diqqət göstərir”, - deyə şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova deyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol