Bu gün tutulan rəislə bağlı ŞOK FAKTLAR ortaya çıxdı - FOTO - VİDEO

Pensiya ödəmələri ilə bağlı 100 minlik yeyintidə ittiham olunan DSMF-nin Sabirabad rayon şöbəsinin rəisi Bayram Mikayılov iki il öncə arvadını bıçaqlamaqda təqsirləndirilib.
Anews.az "Qafqazinfo"ya istinadən bildirir ki, B.Mikayılov Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi olarkən, yəni 2017-ci ildə arvadı Gülnarə Cəbrayılovanı bıçaqlamaq ittihamı ilə gündəmə gəlmişdi.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılmışdı. Mayın 5-də B.Mikayılov təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib və saxlanılaraq Xətai rayon Müvəqqəti Saxlanma Yerinə təhvil verilmişdi. Lakin həmin zaman məhkəmə onu həbs etməkdən imtina edərək polisin nəzarətinə vermişdi.
Bayram Mikayılov isə həmin zaman "Qafqazinfo” ilə əlaqə saxlayaraq ittihamı qəbul etmədiyini, bütün bunları həyat yoldaşının əmisi, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovun işi olduğunu iddia etmişdi.
B.Mikayılov bu hadisədən sonra, 2019-cu ilin aprel ayında DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Onun hər iki vəzifədə olduğu vaxt mətbuatda barəsində şikayət məzmunlu xeyli yazı yayımlanıb. Bu ilin sentyabr ayında vəzifədən çıxarılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























