• $
  • €
  • ₽
  • ₺
  • £

Səs-küy doğuran narkotik məsələsinə görə qapalı toplantı

Səs-küy doğuran narkotik məsələsinə görə qapalı toplantı
14.08.2014 18:42
Avqustun 14-də Azərbaycan Respublikası baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun yanında Dövlət Komissiyasına üzv olan aidiyyəti orqanların məsul şəxslərinin iştirakı ilə qapalı iclas  keçirilib.Komissiyadan Modern.az saytına bildirilib ki, iclasda cari ilin iyul ayının 11-də Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 885 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və bu narkotik maddənin Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə olan ilkin məlumat üzrə aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmanın nəticələri müzakirə edilib. Toplantıda araşdırmanın davam etdirilməsi, görülən işlər barədə Dövlət Komissiyasının mütəmadi olaraq məlumatlandırılması barədə müvafiq tapşırıqlar verilib.İclasda qeyd edilən məsələnin Azərbaycan Respublikası Prezidentinin gündəlik nəzarətində olduğu vurğulanıb.

Xatırladaq ki, Gürcüstan hüquq-mühafizə orqanlarının bundan öncə yaydığı məlumatda bildirilmişdi ki, araşdırma nəticəsində məlum olub ki, yük maşını Gürcüstana Azərbaycan sərhədindən daxil olub və Gürcüstan-Türkiyə sərhədinə doğru gedirmiş. İlkin nəticələrə görə narkotik maddənin tərkibi 80% təmiz heroindən ibarətdir.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol