Şirniyyatın yeni təhlükəsi üzə çıxdı

Kanadanın Alberta Universitetinin alimləri müəyyən ediblər ki, şəkərdən çox miqdarda istifadə qısa müddətdə bağırsağın iltihablı xəstəliklərinə səbəb olur.
Siçanlar üzərində aparılan təcrübələr zamanı məlum olub ki, yüksək şəkərli pəhriz cəmi iki gün ərzində heyvanlarda kolitə səbəb olan kimyəvi maddələrə həssaslığın güclənməsinə gətirib çıxarır.
Siçanlarda bağırsaqların zədələnməsini rasiona faydalı mikrofloranın hasil etdiyi qısa zəncirli yağ turşularının əlavə edilməsi ilə azaltmaq olub. Həzm orqanlarının işini yaxşılaşdırmaq üçün mütəxəssislər sellülozalı məhsullar yemək məsləhət görürlər
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























