• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda heç bir binaya istilik verilmir - "Azəriqaz"dan QADAĞA

Bakıda heç bir binaya istilik verilmir - "Azəriqaz"dan QADAĞA
16.11.2019 14:19
Noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalara istiliyin verilməsinə başlanılmalı idi. Lakin bu gün paytaxtın bir neçə rayonundan saytımıza müraciət edən vətəndaşlar hələ də istiliyin verilmədiyindən şikayətləniblər. 

Anews.az xəbər verir ki, "Qafqazinfo” məsələ ilə bağlı "Azəristiliktəchizat”a müraciət edib. Qurumun abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib ki, "Azəriqaz” onların qazanxanalarına qaz vermədiyi üçün binaları istiliklə təmin etmək mümkün deyil:

"Bu problem bizim "Azəriqaz”a olan borca görə yaranıb. Borcun artması da qazın və istiliyin qiymət fərqinə görədir. İstilik tarifləri qazın tarifindən çox aşağı olduğu üçün abonentlər borclarını tam ödəsə belə, biz "Azəriqaz”a olan borcu ödəmək gücündə deyilik. Hökümətə də, "Azəriqaz”a da müraciət etmişik. Keçən ilki borcları dövlət tənzimlədi, qalan borcla bağlı danışıqlar gedir”. 

"Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov "Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: ""Azəristiliktəchizat”in "Azəriqaz”a olan borc məsələsi həll olunana qədər qazın verilməsinə icazə verilmir. Danışıqlar aparılır, yaxın müddətdə yəqin ki, bu problem həllini tapar. Biz ayrı-ayrı qazanxanalarla yox, "Azəristiliktəchizat”la işlədiyimiz üçün bütün Bakı üzrə qazanxanalara qazın verilişi dayandrılıb. Bu gün "Azəristiliktəchizat”ın "Azəriqaz”a olan borcu 29 milyon manatdan çoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl  "Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev mətbuat konfransında yeni mövsümə hazır olduqlarını bildirib. O qeyd edib ki,  gücləndirilmiş iş rejimi keçiriləcək və bütün qazanxanalar tam işə başlayacaq

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol