Lələ Təpə əsgərləri xəstə uşaqları ziyarət edib - VİDEO

Lələ Təpə N saylı hərbi hissəsinin əsgərləri bu gün Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərini ziyarət ediblər.
Uşaq Nevroloji Sanatoriyasının baş həkimi Sevinc Abbasova bildirdi ki, bu gəliş onlar üçün də xoş olub: "Dəfələrlə əsgərlər gəlir amma Lələ Təpə əsgərləri ilk dəfə idi ki, bizim sanatoriyaya gəlir. Biz də xəstəxanamız adından əsgərlərimizə dərin təşəkkürümüzü bildiririk”.
www.anews.az
Yeniavaz.com xəbər verir ki, əsgərlər özləri ilə gətirdikləri sovqatı təhvil verdikdən sonra balacalarla şən musiqi sədaları altında rəqslər edib, onların könüllərini şad ediblər. Əsgərlər həmçinin, qayğıya ehtiyacı olan sanatoriyanın balaca sakinlərinə hər cür ərzaq, geyim, uşaq oyuncaqları gətiriblər.
N saylı hərbi hissənin komandiri bildirdi ki, biz mütəmadi olaraq bu tip ziyarətlər edirik: "Bu gün biz bu xəstə uşaqların dərdinə şərik olmağa və onların dərdlərini bölüşməyə gəlmişik. Onların bugünkü sevinci bizim üçün də xoş anlar yaşatdı. İstərdik ki, onlar həmişə sevinsinlər, onların da bu sevinci yaşamağa haqları var”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























