• $
  • €
  • ₽
  • ₺
  • £

Həyat yoldaşı ilə birgə özünü yandıran Qarabağ qazisi: "Söz veriblər ki..."

Həyat yoldaşı ilə birgə özünü yandıran Qarabağ qazisi: "Söz veriblər ki..."
14.08.2014 14:14
Həyat yoldaşı ilə birgə özünü yandıran Qarabağ qazisi danışdı:Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Qarabağ müharibəsi veteranı Elçin Salahov yoldaşı Jalə Salahova ilə birgə Prezident Administrasiyası önündə özlərini yandırıblar. Hazırda hər iki şəxs 5 saylı xəstəxananın yanıq şöbəsindədir.Bu gün günorta saatlarında “Qarabağ qaziləri” Birliyinin sədri Etimad Əsədov bir qrup Qarabağ qazisi ilə birgə Elçin Həsənovu ziyarət ediblər. Onlardan yalnız E. Əsədov palataya buraxılıb. Birliyin sədri Elçin Salahovun yanında olarkən onlarla əlaqə saxladıq. Durumu ilə bağlı olaraq, çox danışa bilməsə də, Elçin Salahov vəziyyətinin ağır olduğunu vurğuladı: “Burada bizə yardım edirlər, müalicəmizi aparırlar. Dünən Prezident Administrasiyasından nümayəndə gəldi, görüşdük və müalicəmizi öz üzərlərinə götürdülər. Söz veriblər ki, ev məsələsini də bizim xeyrimizə həll edəcəklər.” 39 yaşlı Qarabağ qazisinin sözlərinə görə, evdə onları 5 yaşlı qızları gözləyir. 33 yaşlı həyat yoldaşı Jalə Salahovanın vəziyyəti isə daha ağırdır, hələ də reanimasiyadadır. Etimad Əsədov da təsdiqlədi ki, hazırda Elçin bəyin vəziyyəti normaldır: “Ağır dərəcəli yanıq xəsarəti var. Beli, ayaqları yanıb. Yoldaşının vəziyyəti yaxşı deyil, reanimasiyaya yerləşdiriblər. Bu addımı atmalarına səbəb məhkəmənin çıxardığı qərar olub. Azərbaycan məhkəməsi çox ədalətsiz qərar verib, onları öz pulu ilə aldıqları evdən çıxarıb”.Etimad Əsədov Qarabağ qazilərinə olan laqeyd münasibətdən narazılığını bildirib: “Gərək bütün Qarabağ qaziləri özünü yandırsın ki, onların probleminə kimsə baxsın? Cənab Prezident hər görüşündə deyir ki, Qarabağ qazilərinə, əlillərinə, şəhid ailələrinə qayğı göstərilməlidir, hər kəs onlara hörmətlə yanaşmalıdır. Bütün bunları bilə-bilə məhkəmələrdə, dövlət qurumlarında Qarabağ veteranlarına çox aşağılayıcı, ögey münasibət var. Bunun da nəticəsi odur ki, Qarabağ qazisi ailəsi ilə birgə özünü yandırıb”. Qeyd edək ki, Elçin Salahov 1992-1997-ci illərdə Tərtərdə cəbhə bölgəsində döyüşüb.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol