İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - Hökumətdən xəbərdarlıq

Son iki gün ərzində İranda aksiyaçıların polislə toqquşması nəticəsində 25-dək insan ölüb, 40 nəfər isə saxlanılıb.
İran hökuməti isə etirazçılara qarşı tədbirləri sərtləşdirib. Ölkədə gözlənilmədən benzinin satışı məhdudlaşdırılıb. Bundan başqa, hakimiyyət aksiyaçılara güc tətbiq edəcəyini bildirib. "Nümayişlər bu şəkildə davam edərsə, asayişi qorumaq üçün lazımi addımları atmaq məcburiyyətində qalacağıq”, - deyə hökumətin bəyanatında deyilir.
"Mehr” agentliyinin məlumatına görə, Tehran, Kirmanşah, Hürrəmabad, Ahvaz, Şiraz, Yəzd, Məşhəd, İsfahan, Kərəc, Təbriz, Bəhbəhan, Kaimşəhr, Kazrun, İslamşəhr və Şəhriyan şəhərlərində etirazlar kütləvi xarakter daşıyır. Məktəblərdə dərslər dayandırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























