• $
  • €
  • ₽
  • ₺
  • £

Alman məhkəməsi 12 yaşlı azərbaycanlı ilə bağlı qərarı ləğv etdi

Alman məhkəməsi 12 yaşlı azərbaycanlı ilə bağlı qərarı ləğv etdi
18.11.2019 10:33
Almaniyanın Passau Federal Məhkəməsi 12 yaşlı Azərbaycan vətəndaşı Z.M. ilə bağlı deportasiya qərarını ləğv edib.
Məhkəmə 9 il əvvəl, 3 yaşı olarkən ailəsi ilə birlikdə Azərbaycandan Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Z. adlı qız barəsində əvvəlki deportasiya qərarını ləğv edib.

12 yaşlı məktəblinin ailəsi ilə birlikdə alman cəmiyyətinə yaxşı inteqrasiya olması, Hautsenberqdə oxuduğu məktəbdə nəticələrinin yüksək olmasını nəzərə alan məhkəmə, "qaçqın statusu” almaları üçün qərarı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) göndərib.
BAMF-ın yaxın günlərdə 12 yaşlı azərbaycanlı və ailəsi barədə qərarını açıqlayacağı gözlənilir. Qərarın müsbət olacağı, yəni azərbaycanlı ailənin Almaniyada qalacağı istisna edilmir. Çünki Almaniyada "qaçqın işləri” ilə bağlı məhkəmələrin verdiyi müsbət qərarlar (deportasiyanın ləğvi və s.) çox vaxt sığınacaq üçün müraciət edənlərin ölkədə qalması ilə nəticələnir.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Almaniyada Z. və ailəsini deportasiya etməyə cəhd ediblər. Milad ərəfəsində Almaniya polisi Z.-ni, onun valideynlərini və üç kiçik qardaşını Kellberqdəki mənzillərindən götürərək, Azərbaycana deportasiya üçün aparıblar. Lakin o vaxt azərbaycanlı ailəni vətəninə yola salmaq mümkün olmayıb, polis təyyarəyə gecikib.

Bu hadisədən sonra Hautsenberq şəhərindəki idman məktəbinin şagirdləri ailəsi ilə Almaniyada yaşayan azərbaycanlı Z.-nin deportasiya olunmasına qarşı etiraz aksiyası təşkil ediblər.

O vaxt Z. və ailəsi ilə bağlı deportasiya qərarının ləğv edilməsi ilə bağlı Almaniyada fəaliyyət göstərən və əsasən kilsəyə bağlı olan "Caritas”, "Diakonie” kimi qeyri-hökumət təşkilatları bəyantla çıxış etmişdilər. (report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol