Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 16-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində Bakı şəhər sakini K.Bayramov idarə etdiyi "BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Qorxmaz Ələsgərovu vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























