Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR

"Oqtayın hazırda İstanbuldakı "Amerika Xəstəxanası”na ("Amerika Hastanesi”) köçürülməsinə başlanılır».
Yeniavaz.com xəbər verir ki, bunu noyabrın 18-də "Azadlıq” radiosuna hüquq müdafiəçisi, hazırda Türkiyədə müalicə olunan Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.
"Vəziyyəti ağır olaraq qalır, komadan ayılmayıb. Hazırda epiqrizləri hazırlanır ki, yaxın saatlarda "Amerika Xəstəxanası”na aparaq”- F.Gülalıyeva bildirib.
Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev "City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























