• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda görülməmiş hadisə: Helikopterlərdən dəvətnamə atdılar - Foto

Sumqayıtda görülməmiş hadisə: Helikopterlərdən dəvətnamə atdılar - Foto
18.11.2019 17:49
Sumqayıt şəhərinin səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb.

Anews.az-ın məlumatına görə, şəhərin əsas mərkəzi hisslərində bir neçə helikopter uçuş həyata keçirib. Bu zaman helikopterlərdən insanların sıx olduğu ərazilərə dəvətnamələr atılıb.

Sakinlər helikopterlərdən atılan dəvətnamələri oxuyandan sonra heyrətə gəliblər. Dəvətnamələrdə "Sizi, Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə 19 noyabr 2019-cu il tarixdə, saat 10:30-da Sumqayıt Dövlət Dram Teatrının qarşısında keçiriləcək təntənəli yubiley tədbirinə və axşam saat 18:00-da möhtəşəm bayram konsertinə dəvət edirik" sözləri yazılıb. 

Qeyd edək ki, Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə noyabrın 19-u saat 10:30-da şəhərin Azərbaycan prospekti boyunca hərbçilərin və şəhər ictimaiyyətinin iştirakı ilə möhtəşəm parad keçiriləcək. Daha sonra axşam saat 18:00-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert və atəşfəşanlıq təşkil ediləcək.

Xatırladaq ki, 1949-cu il noyabrın 22-də  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. /Report



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol