• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda qapıları tutan 20 sərnişin cərimələndi – Hərəsi 50 AZN – VİDEO

Bakı metrosunda qapıları tutan 20 sərnişin cərimələndi – Hərəsi 50 AZN – VİDEO
29.05.2020 05:37
Xüsusən günün pik saatlarında metroda qatarların gecikməsi, ləngiməsi müşahidə olunur. Buna isə müstəlif səbəblər göstərilir. Sən demə daha bir səbəb isə insan amilidir.

Bəzi sərnişinləri qatar qapılarını 5-10 saniyə tutub saxlaması ümumi hərəkətə təsir göstərir. Bu da qatarlar arasında intervalın artmasına gətirib çıxarır.
Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.
Sakin: "Bir səhər dərsə gedəndə, bir də ki, axşam vaxtı 5-dən sonra çox sıxlıq olur”.

Etibar İsayev – Xidmət rəisi: "Qatarda, salonda elan olunursa ki, qapılar bağlanır, bu elandan sonra qatardan düşmək-minmək olmaz. Təəssüflər olsun ki, bu elandan sonra da bizim sərnişinlərimiz bəzi hallarda çalışırlar ki, nəyin bahasına olursa_olsun qatara tez minsin, növbəti qatarı gözləmək istəmirlər. Bu səbəbdən qapıların bağlanmasına mane olurlar, qapıların bağlanması ləngiyir”.

Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır.
Etibar İsayev – Xidmət rəisi: "Qatar başlanğıc stansiyadan sonuncu stansiyaya kimi hardasa 13-15-20 stansiya qət edir. Hər stansiyada bu qatara sərnişin tərəfindən 5-10 saniyə gecikmə olsa, nəticədə bu qatar 2-3 dəqiqə gecikmə ilə gələcək”.

Nazirlər Kabinetinin "Metrodan istifadə qaydaları”na əsasən qapını tutub qatarı gecikdirmək sərnişinin cərimələnməsi ilə nəticələnə bilər. Bu il ərzində həmin qaydaları pozan 20 sərnişin müəyyən olunaraq 50 manat məbləğində cərimələnib.

Elşad Hacıyev – BŞPİ mətbuat xidmətinin rəisi: ""Ehtiyyatlı olun, qapılar bağlanır” elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək qadağandır. Qatarın yola düşməsini ləngitmək inzibati xətadır, "Metropolitendən istifadə qaydaları”nın pozulması kimi qiymətləndirilir”.

Qapıları tutub qatarı gecikdirənlər təkcə cərimə qorxusundan deyil, bir qatar dolu insanın evə-işə gecikməsinə səbəb olmaqdan çəkinməlidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol