• $
  • €
  • ₽
  • ₺
  • £

Dustaqlar üçün kompüter kursları - Azərbaycanda

Dustaqlar üçün kompüter kursları - Azərbaycanda
14.08.2014 10:14
Penitensiar müəssisələrində cəza çəkməkdən azad ediləcək 200 nəfərə yaxın şəxs peşə hazırlığına cəlb olunub. ANN.Az ictnews.az-a istinadən xəbər verir ki, bu şəxslərdən bəzilərinə kompüter təlimləri keçilib.Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Ədliyyə Nazirliyi arasında cari ilin martında imzalanmış müvafiq sazişə əsasən, penitensiar müəssisələrdə cəza müddətini başa vurmaq ərəfəsində olan şəxslərin gələcək məşğulluğuna köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kursları təşkil olunur.Penitensiar müəssisələrdəki mövcud peşə məktəblərinin bazasında kompüter kursları ilə bərabər dərzi, dülgər-xarrat peşələri üzrə təşkil olunan kurslara 16 nəfəri qadın olmaqla 198 nəfər şəxs cəlb olunub.ƏƏSMN-dən qeyd edilib ki, onlardan artıq 96 nəfəri peşə kurslarını uğurla başa vurub. Kursların bitmə vaxtı ilə bu kurslara cəlb olunanların cəzaçəkmə müddətinin başa çatma vaxtı təxminən eyni dövrə təsadüf edir.Cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması müvafiq ərazi üzrə məşğulluq orqanları tərəfindən diqqətdə saxlanılır.Qeyd olunan işlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən aparılır. Proqramda digər tədbirlərlə yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsi də nəzərdə tutulub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol