• $
  • €
  • ₽
  • ₺
  • £

8-ci km bazarında kilosu 5 manata satılan ət - Fotolar

8-ci km bazarında kilosu 5 manata satılan ət - Fotolar
20.11.2019 12:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib. 

AQTA-dan Anews.az-a verilən məlumata görə, agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb.Məlum olub ki, ümumi çəkisi 226 kiloqram mənşəyi məlum olmayan, sümükdən ayrılmış ət və ət məhsulları tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalarda qablaşdırılaraq Cəlilabad rayon sakini Həsənov Rövşən Yunus oğlu tərəfindən həmin rayondan tədarük edilir. 

Araşdırma zamanı bəlli olub ki, orqanoleptik göstəricilərinə görə, istehlaka yararsız olan ət və ət məhsulları 15-BP-575 dövlət nömrə qeydiyyat nişanlı "Mercedes” markalı avtomobil vasitəsilə bazarda fəaliyyət göstərən "Bolluq” marketə gətirilərək satılır.

Eyni zamanda həmin ünvanda fəaliyyət göstərən "Vüsal” marketə məxsus "Samrac 1001 xırdavat” adı altında pərdələnmiş anbarda Beyləqan rayon sakini Cəfərov Rəvan Faiq oğluna məxsus mənşəyi məlum olmayan, sümükdən ayrılaraq tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalara qablaşdırılmış orqanoleptik göstəricilərinə görə istehlaka yararsız olan, satış məqsədli, ümumi çəkisi 153 kiloqram ət aşkarlanıb. Həmin ətlərin qiymə halına salınaraq, 5 manat 50 qəpiyə satıldığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək, laborator analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Ət məhsulları isə dövriyyədən çıxarılıb. 
Faktla bağlı araşdırmalar davam edir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol