• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 5 aylıq körpə qripdən öldü

Azərbaycanda 5 aylıq körpə qripdən öldü
20.11.2019 16:02
Ağstafa rayonunda 5 aylıq körpə soyuqdəymədən ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
Belə ki, Ağstafa rayon sakini Tural Qasımov və Kəmalə Məmmədovanın övladları, 2019-cu il təvəllüdlü Turan Qasımov evdə dünyasını dəyişib.
Qəsəbənin həkim məntəqəsinin müdiri Gülşən Babanlı "Report"a bildirib ki, bununla bağlı onlara və ya Ağstafa rayon təcili tibbi yardım briqadasına məlumat daxil olmayıb: "Biz bu məsələdən daha sonra xəbər tutduq və evə getdik, vəziyyətlə maraqlandıq. Valideynləri körpənin axşam süd əmdiyini, bir az oynadıqdan sonra da yatdığını, ancaq səhər oyandıqda öldüyünü gördüklərini dedilər. Bundan sonra da körpəni dəfn ediblər". 

Onun sözlərinə görə, körpə həkim məntəqəsində yalnız iki aylığında yoxlanışda olub: "Həmin vaxt uşaqda ciddi problem olmasa da, nevropatoloqa göstərilməsini məsləhət görmüşdük. Bundan sonra məntəqəmizə müraciət edilməyib. Valideynləri də övladlarında hansısa xəstəlik əlamətinin müşahidə edildiyi barədə heç bir məlumat verməyiblər".

Həkim deyib ki, uşağın soyuqdəymədən öldüyü ehtimal edilir: "Evləri soyuq və şəraitsiz idi. Körpəyə də bu səbəbdən soyuq dəydiyi ehtimal olunur. Yəqin ki, valideynləri daxili qızdırmasının olduğunu bilməyiblər. Nəticədə körpə ölüb. Təbii ki, bütün bunlar, sadəcə, ehtimaldır. Çünki körpəni dəfn etdiklərindən heç bir ekspertiza keçirilməyib". 

Qeyd edək ki, Tural Qasımov və Kəmalə Məmmədovanın evi qəsəbənin kənarında yerləşir. Evdə yaşayış üçün şərait, demək olar ki, yoxdur. Hətta otaqların bəzilərinin qapı-pəncərəsi belə yoxdur. Onların əvəzinə, kilim və ya palaz vurulub. Ailənin daha üç övladı (1 qız, 2 oğlan) belə bir şəraitdə yaşayır. Onlardan ikisi məktəblidir, birinin isə 4 yaşı var.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol