• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik “Gilan Holding”i məhkəməyə verdi

Nazirlik “Gilan Holding”i məhkəməyə verdi
21.11.2019 12:00
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Gilan Holding” MMC-ni məhkəməyə verib. 
Unikal.org xəbər verir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən nazirlik şirkətin "Jalə” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair iddia tələbi sürüb. 

İddia ərizəsi məhkəmənin dəftərxanasına kağız daşıyıcıda 13 noyabr 2019-cu il tarixdə daxil olub. 
Məhkəmə iddia ərizəsi üzrə materialları yoxlayaraq hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. 
Belə ki, məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, iddia ərizəsi məhkəməyə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyindən geri qaytarılmalıdır.

Qeyd edək ki, "Gilan Holding” MMC Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova məxsusdur. Şirkəti isə nazirin oğlu Tale Heydərov idarə edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol