• $
  • €
  • ₽
  • ₺
  • £

Evi olmayanlara müjdə! Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz - RƏSMİ

Evi olmayanlara müjdə! Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz - RƏSMİ
21.11.2019 15:21
Ölkədə şəxsi vəsaiti yetərli olmayan vətəndaşlara tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayə mənzillər almaq imkanı yaradılacaq. 

BAKU.WS-in sorğusuna cavab verən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu açıqlayıb ki, kirayə mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalarda yerləşəcək.

"Hazırda mənzillərin siyahısı tamamlanmadığı və sənəd qəbulu başlamadığı üçün ona görə mənzillərin qiyməti və ünvanları dəqiq açıqlanmır. İlin sonuna qədər bu proses başlayacaq. Standart təmirli mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalarda yerləşəcək. Həmçinin mənzillər ictimai nəqliyyat və təhsil müəssisələrinə yaxın olacaq.

Kirayə mənzillərin əldə olunması zamanı satıcı və alıcı anlayışı olmayacaq. Yalnız İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi mənzillər olacaq. Həmin mənzillər müraciət edən şəxslərə heç bir faiz olmadan təqdim olunacaq",-deyə fonddan qeyd olunub.
Məlumat üçün bildirək ki, məhkumluğu olmayan, Fonda müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətləri davam etməyən Azərbaycan Respublikasının vətəndaşları kirayə mənzil ala biləcəklər. 

Kirayə mənzil alan vətəndaşlar 12 aylıq ödənişi qabaqcadan ödəməli olacaq

Satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayış sahəsinə görə vətəndaşlar ilkin ödəniş yox, sadəcə olaraq götürdüyü yaşayış sahəsinin alış qiymətinə uyğun minimum 12 aylıq ödənişi qabaqcadan ödəməli olacaq. Əgər alınan evin qiyməti şərti olaraq 100 min olacaqsa vətəndaş ödənişi bur formada edəcək.
Misal: Siz Fonda kirayə yaşayış sahəsi üçün müraciət edirsiz və sizin müraciətinizə müsbət cavab verilir. Elektron sistemdə Sizə müxətlif qiymətlərdə olan mənzillərin siyahısı təqdim edilir. Siz də alış qiyməti 100 min manat məbləğində olan mənzili 25 il müddətinə kirayə götürmək üçün seçirsiz. Sizin qabaqcadan ödəniş kimi qeyd etdiyiniz məbləğ belə hesablanır: 100 min manat/300 ay (25 il) = 333,33 manat aylıq kirayə ödənişi.

Deməli 12 ay * 333,33 manat aylıq kirayə ödənişi = 4 min manat. Alınan nəticələrdən göründüyü kimi siz 100 min manat alış qiyməti olan mənzili kirayə götürmək üçün qabaqcadan 4 min manat pul ödəməlisiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol