Baş həkim: “Zəhərlənən tələbələrin huşları özlərinə gəlib, suallara cavab verə bilirlər"

"Zəhərlənən tələbələrin vəziyyəti stabil, ağır olaraq qalır”.
Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib. Baş həkim tələbələrin həyati təhlükəsinin olub-olmaması ilə bağlı bildirib ki, zəhərlənmənin mənşəyi hələlik məlum olmadığı üçün bu barədə fikir bildirmək mümkün deyil: "Bütün səylərimiz onların həyatının xilas edilməsi ilə bağlıdır. Müəyyən qədər huşları özünə gəlib, orta həcmli suallara cavab verə bilirlər. Ancaq elə zəhərlənmə ola bilər ki, sonradan huşları yenidən itə bilər. Zəhərlənmənin növləri müxtəlifdir, həm məişət, həm sənaye zəhərlənmələri olur. Hazırda onların vəziyyətinin yaxşılaşması üçün çalışırıq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























