• $
  • €
  • ₽
  • ₺
  • £

Şirniyyat sexində iyrənc mənzərə - FOTO

Şirniyyat sexində iyrənc mənzərə - FOTO
22.11.2019 10:44
Sabunçu rayonunda yararsız şirniyyat istehsal edən sex aşkar edilib.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 8 ünvanında fəaliyyət göstərən "Balu” şirniyyat sexinə reyd keçirib.

Müəyyən olunub ki, fiziki şəxs Nağıyev Seymur Həsən oğluna məxsus şirniyyat sexi unlu qənnadı məmumalatlarının istehsalı ilə məşğul olur. İstehsal üçün yararsız, köhnə tikilidə fəaliyyət göstərən sexdə "Balu” adı altında müxtəlif növ şirniyyatlar hazırlanır.

Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin istehsal üçün həddən artıq yararsız olduğu, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb.

Məlum olub ki, müəssisədə istifadə edilən un kisələri çirkli, birbaşa yerdən və divara bitişik vəziyyətdə saxlanılmaqla, un ələk və maqnit tutuculardan keçirilmədən, çirkli xəmir qarışdıran qazanlarda yoğrularaq, şirniyyatlar sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan sobada bişirilir.
Reyd zamanı xammalın qəbulu, saxlanılması, məhsulun istehsalı, xəmirqarışdıran qazan və digər avadanlıqların yuyulması, hazır şirniyyat məhsullarının saxlanılması eyni sahədə, sanitariya norma və qaydalara cavab verməyən şəraitdə həyata keçirildiyi aşkarlanıb.
Yoxlama zamanı sexdə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinə edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyasına göndərilib. Həmin məhsulların satışı qadağan edilib.






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol