• $
  • €
  • ₽
  • ₺
  • £

Qonşusuna və özünə xəsarət yetirən şəxsin apellyasiya şikayətinə baxılır

Qonşusuna və özünə xəsarət yetirən şəxsin apellyasiya şikayətinə baxılır
22.11.2019 22:00
Bakı Apellyasiya Məhkəməsində adam bıçaqlamaqda və narkotikdən istifadə etməkdə təqsirli bilinən Orxan Eyvazovun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Eyvazov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə onun barəsində narkomaniyadan məcburi müalicəyə göndərilməsi ilə bağlı da qərar çıxarılıb.

İttihama görə, Orxan Eyvazov qonşusu Şahin Quliyevlə mübahisə zəminində onu bıçaqlayıb. Mübahisə məhəllədə söyüş söyülməsinə görə yaranıb.

Orxan Eyvazovun həbs zamanı narkotik vasitədən istifadə etdiyi də məlum olub.
Orxan Eyvazov polis əməkdaşları tərəfindən saxlanılan zaman bıçaqla öz qarın boşluğuna xəsarətlər yetirib. Onun daha əvvəl ciddi psixi problemləri olduğu və uzun müddət müalicə aldığı məlum olub.

O.Eyvazova Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 234.1-ci (narkotik vasitələrdən istifadə) maddələri ilə ittiham verilib.
Məhkəmə istintaqı dövründə Şahin Quliyev onu bıçaqlayan qonşusunu bağışlayıb

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol