Bakı aeroportunda külli miqdarda pulun ölkədən çıxarılmasının qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, Bakı-Urumçi aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı xarici valyutanı gömrük nəzarətinə təqdim, elektron və ya yazılı formada bəyan etmədən "Qırmızı kanal" buraxılış sistemindən istifadə edib. Lakin şəxsi əşyaları rentgen aparatından keçirilən zaman sərnişində gömrüyə bəyan olunmayan malların olması barədə əsaslı şübhə yaranıb. Bu səbəbdən də o, sorğu-sual edilib və üzərində 8000 ABŞ dolları pul vəsaiti olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























