• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ürəyi sağda olan körpə doğuldu: Köməyə ehtiyacı var - FOTO

Bakıda ürəyi sağda olan körpə doğuldu: Köməyə ehtiyacı var - FOTO
22.11.2019 16:17
Bakıda ürəyi sağda olan körpə doğulub.

Anomaliya halı ilə bağlı atası Rəşad Rüstəmov BAKU.WS-ə məlumat verib.
"Sirat Fərhad avqustun 22-də dünyaya gəlib.

Uşaqda müxtəlif sağlamlıq problemləri var. Uşağın ürəyi sağdadır, ürəkdə 7mm və 5mm diametrli böyük və bir neçə kiçik dəliklər var.
Bu dəliklərdən dolayı qan düzgün paylanmır və ağ ciyər stabil qan almadığından durğunluq yaranır, ağ ciyər iltihab verməyə başlayır.
Nəticədə uşaq toplanmış bəlğəm kütləsindən boğulmağa, təngənəfəs olmağa başlayır və pnevmaniya olaraq reanimasiyaya yatır. Artıq bir dəfə Klinik Ölüm keçirib.

Tezliklə ürəkdən əməliyyat olmasa, dəfələrlə pnevmaniya səbəbindən antibiotiklər almaqdan ciyərlər sıradan çıxacaq.
Bunlarla yanaşı uşaqda qrija və digər problemlər var”, - deyə Rəşad Rüstəmov bildirib.
Rəşad Rüstəmov deyir ki, hazırda uşağın vəziyyəti stabildir.

"Uşaq reanimasiyadan palataya köçürülüb. Lakin vəziyyəti dəyişə bilər. Buna görə də, həkimlər diqqətli olmağı tapşırıb”.
Qeyd edək ki, Rəşad Rüstəmov özəl şirkətlərin birində reklam meneceri işləyir:

"İndiyə qədər 12 min manatdan çox xərc çəkmişəm. Əlavə olaraq dost-tanış, digər şəxslər yardım edirlər”.
Qeyd edək ki, Sirat Fərhad ailənin ikinci övladıdır. Ailənin bir qızı var. Qızın sağlamlığında problem yoxdur.
Sirat Fərhada dəstək olmaq üçün "Milliön” vasitəsi ilə, Kapital bankı seçib bu nömrə vasitəsilə hesabı artıra bilərsiz: 4169 7413 7063 3461 Rəşad Rüstəmovla əlaqə nömrəsi: 0559414103

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol