• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Mirzəyev azadlığa çıxır?

İlham Mirzəyev azadlığa çıxır?
13.08.2014 12:30
“İlham Mirzəyevlə bağlı işin istintaqı artıq yekunlaşıb. Yaxın günlərdə, ən uzağı isə gələn həftəyə iş məhkəmədə olacaq. Onun qanuni əsaslarla azadlığa çıxacağına ümid edirik”.Bu barədə Modern.az-a teleaparıcı İlham Mirzəyevin vəkili Adəm Məmmədov məlumat verib.Vəkil bildirib ki, Azərbaycan təcrübəsində təqsirləndirilən şəxsin günahı sübuta yetirilsə də belə, bu əmələ (178-ci maddə) görə azadlıqdan məhrum etmə nəzərdə tutulmayıb. “Çünki müvəkkilimin ittiham olunduğu maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Bu kimi, yəni mülkiyyət əleyhinə olan cinayətlərdə tərəflər barışıbsa, razılığa gəlinibsə, burada azadlıqdan məhrumetmədən söhbət gedə bilməz. Bu zaman həmçinin himayəsində azyaşlı uşağı olması, xəstəliyi, tanınmış olması, əvvəllər məhkum olunmaması və s. nəzərə alınıb”.Vəkilin sözlərinə görə, teleaparıcının səhhətində problem davam edir. “Hər an həkim nəzarətindədir, əks təqdirdə vəziyyəti ağırlaşa bilər”.Adəm Məmmədov həmçinin teleaparıcının ona qarşı irəli sürülən ittihamla razılaşmadığını da vurğulayıb.Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılmışdı. Hazırda iş üzrə ibtidai istintaq yekunlaşıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol