• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda 10 nəfər dəm qazından zəhərlənib

Salyanda 10 nəfər dəm qazından zəhərlənib
24.11.2019 14:37
Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş verib.
Anews.az  oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənddə yaşayan bir ailənin üzvləri -1989-cu il təvəllüdlü Mehralıyeva Günel Bəxtiyar qızı, 1990-cı il təvəllüdlü Səfərova Aygün Bəxtiyar qızı, 2007-ci il təvəllüdlü Teymurova Təranə Taleh qızı, 2010-cu il təvəllüdlü Teymurova Yağmur Taleh qızı, 2015-ci il təvəllüdlü Teymurova Mehrab Taleh oğlu, 1995-ci il təvəllüdlü Səfərov Məhin Zeynal oğlu, 2019-cu il təvəllüdlü Səfərova İnci Məhin qızı evdə yatdıqları zaman dəm qazından zəhərləniblər.
Özlərini halsız hiss edən ailə üzvləri Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Digər hadisə zamanı isə ailənin 3 üzvü dəm qazından zəhərlənib. 
Hadisə rayonun Qaraçala qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 1988-ci il təvəllüdlü Abdullayeva Nuranə Şahin qızı, onun övladları, 2010-cu il təvəllüdlü Abdullayev Murad Əhməd oğlu, 2016-cı il təvəllüdlü Abdullayev Əkbər Əhməd oğlu hamamda çimərkən dəm qazından zəhərləniblər.
Ana və övladları Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktlarla bağlı araşdırma aparılır. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol