• $
  • €
  • ₽
  • ₺
  • £

20 yaşlı bacısını qəbiristanlığa aparıb başını kəsdi - Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT - FOTO YENİLƏNDİ

20 yaşlı bacısını qəbiristanlığa aparıb başını kəsdi - Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT - FOTO YENİLƏNDİ
25.11.2019 10:00
Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə Publika.az-a açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
O bildirib ki, noyabrın 24-də saat 17 radələrində 1966-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İlkin istintaqla hadisənin Babək Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf etmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

---
Xırdalanda qardaş qısqanclıq zəmnində bacısı qətlə yetirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, dünən qardaşı əri həbsdə olan bacısı Aytən Fərzəliyevanın başını kəsib. Mərhumun Ümid adlı şəxslə qeyri rəsmi-nigahdan bir yaşında övladı olub. A.Fərzəliyevanın bir müddət Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşadığı sonra oradan ayrıldığı bildirilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə faktı təsdiqləyib:
"2014-cü ildə A.Fərzəliyevanın anası 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun bacısı 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar etmişdilər. Aytən polisə məlumata vermişdi ki, onları ölüm həddinə atası çatdırıb. Bundan sonra atası 4 il müddətinə həbs edildi.Qətlə yetirilən qadın hüquq-mühafizə orqanları tərəfindən bizim sığınacağa yerləşdirildi. Sonra isə Ümid adlı şəxslə tanış olduqdan sonra sığınacağı tərk etdi. Ailəsi ilə aralarında ev üstündə mübahisə var idi. Sənədlərini qaydasına salıb ailəsini məhkəməyə vermək istəyirdi.İndi eşidirəm ki, qardaşı namus üstündə onu öldürüb. Mərhumun əxlaqsızlıq etməsinə inanmıram. Heç bir yaşı olmayan övladı yetim qaldı. Körpə indi Aytənin rəfiqəsindədir.”

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol