Qəbiristanlıqdakı dəhşətli qətlin təfərrüatı

Ceyranbatan qəbiristanlığında bacısını vəhşicəsinə qətlə yetirən 23 yaşlı Babək Fərzəliyev ilkin istintaqda özü və 20 yaşlı Aytən Fərzəliyeva arasında münaqişə barədə ifadə verib.
Qeyd edilir ki, B.Fərzəliyev bu yaxınlarda ordudan demobilizasiya olunubmuş.Saxlanılan şəxs bildirib ki, Abşeron rayonunda onun bacısının əxlaqsız həyat tərzi sürdüyü barədə söhbətlər gəzib. Bununla bağlı olaraq o, bacısından kişilərlə təsadüfi münasibətləri dayandırmasını istəyib. Buna cavab olaraq A.Fərzəliyeva necə yaşayacağı barədə özünün qərar verəcəyini deyib.
Noyabrın 24-də B.Fərzəliyev yenidən bacısı ilə telefon əlaqəsi saxlayıb və ondan anaları Kifayət Fərzəliyevanın məzarını ziyarət etmək üçün Ceyranbatan qəbiristanlığına gəlməsini istəyib.
Burada onlar arasında münaqişə yaşanıb, nəticədə, B.Fərzəliyev kiçik bacısının boğazını kəsib, sonra isə Bakı şəhərinin Yasamal rayonu 29-cu Polis Bölməsinə gələrək təqsirini etiraf edib.
Onu da vurğulayaq ki, faciəvi ölüm əslən Laçın rayonundan olan Fərzəliyevlər ailəsinin bütün qadınlarının başına gəlib.
2014-cü ilin avqust ayında elə Yasamal rayonunun 29-cu Polis Bölməsinin ərazisində - Yeni Yasamal qəsəbəsində 46 yaşlı Kifayət Fərzəliyeva və onun 17 yaşlı qızı Yeganə Fərzəliyeva doqquz mərbəli binanın sonuncu mərtəbəsindən özlərini atmışdılar.
Buna görə, K.Fərzəliyevanın ərinə qarşı AR CK-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb. O, dörd il müddətinə azadlıqdan məhrum edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























