30 manat verib sirk bileti aldı, çətirlə oturdu - Foto

Bakı Dövlət Sirkinin binasındakı acınacaqlı vəziyyət sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Belə ki, valideynlər binanın dam örtüyünün acınacaqlı vəziyyətdə olduğunu görərək yağışdan qorunmaq üçün tamaşaya çətirlə baxıblar. Sevinc Hüseynova adlı istifadəçi hətta həmin anın görüntüsünü lentə alaraq sosial şəbəkədə paylaşıb.
"30 manat pul verib bilet aldıq və çətirlə izləməli olduq. Nazirlik hara baxır? İstirahətə gəlib niyə əsəbi halda qayıtmalıyıq? Bundan sonra bilet alanda hava şəratini nəzərə alın. Siz də bizim kimi islanmayın, dam örtüyü normal vəziyyətdə deyil” ,- deyə şikayətçi qeyd edib.
Xatırladaq ki, 2015-ci ilin aprelində Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı sirki üçün yeni bina tikiləcəyi barədə məlumat vermişdi. Nazir qeyd etmişdi ki, yeni binanın inşası ilə bağlı bir neçə layihə hazırdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























