• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 30 saniyəyə borc pul verən aparatla bağlı YENİ XƏBƏR - VİDEO

Bakıda 30 saniyəyə borc pul verən aparatla bağlı YENİ XƏBƏR - VİDEO
26.11.2019 09:30
Bir neçə gün öncə paytaxtın müxtəlif yerlərində quraşdırılan və qısa zamanda məşhurlaşan azpulmat aparatlarının fəaliyyəti dayandırılıb.
Aparatdan borc alan şəxslər isə pulları ödəyəcək yer tapmırlar. Aparatların fəaliyyətinin hansı qurum tərəfindən dayandırıldığı isə açıqlanmır.
30 saniyədə vətəndaşlara nağd pul borc verən məşhur aparatların fəaliyyəti dayandırıldı.

Aparatın önündə cəmləşən adamların bəziləri pul almaq üçün, bəziləri isə aldıqları pulun faizini ödəmək üçün gəliblər.
Pul götürən şəxslər aparat işləmədiyi üçün onu ödəyə bilmirlər və buna görə faizin daha da artacağından narahatdırlar.
Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası rəsmi açıqlama yayıb.

Bildirilir ki, göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması "Fərdi məlumatlar haqqında" və "Biometrik informasiya haqqında" qanunlarla tənzimlənməlidir. Belə ki, "Fərdi məlumatlar haqqında" Qanuna əsasən fərdi məlumatların informasiya sistemləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir.

Həmçinin, "Biometrik informasiya haqqında" qanuna əsasən biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın verilməsi Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir.

Qurumdan bildirilib ki, qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib. Lakin hələlik aparatların fəaliyyətinin hansı qurum tərəfindən dayandırıldığı açıqlanmır

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol