“Lotu Quli”nin düşmənləri güllələndi – ŞOK Video

Abxaziyanın Suxumi şəhərində iki qanuni oğru qətlə yetirilib.
Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə "San-Remo" restoranında baş verib. "Qanuni oğru”lar Astamur Şamba ("Astik Qadautskiy”) və Alxaz Avidzba ("Xasik”) həmin restoranda olarkən güllələniblər. Astamur Şamba yerindəcə ölüb, Alxaz Avidzba isə xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində təsadüfən həmin vaxt restoranda olan bir neçə şəxs də xəsarət alıb.
Güllələnən "qanuni oğru”lar Abxaziyanın "oğru dünyası”nın önəmli isimlərindən olan Raul Barsbaya ("Pıza”) yaxın şəxslər olub. Güllələnən şəxslər bundan əvvəl kriminal aləmin nüfuzlu "qanuni oğru”ları olan Merab Canqveladzenin (Merab Suxumskiy) klnanının üzvləri Alxaz Aqrba ("Alxaz Qudautskiy”) və Tengiz Lakerabayanı ("Tenqulyaşa”), həmçinin Nadir Səlifova ("Quli”) yaxınlığı ilə seçilən Niko Dqebuadzeni ("Nika Qaqrinskiy”) təhqir etmişdilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























