• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sərnişindaşıma şirkətinin 12 avtobusuna HƏBS QOYULDU

Bakıda sərnişindaşıma şirkətinin 12 avtobusuna HƏBS QOYULDU
26.11.2019 12:30
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə "İ-Qafqaz” MMC-nin təsisçisi və direktoru İsmayıl Maqsudovun özü və rəhbəri olduğu hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən sui-istifadə etməklə vergi bəyannamələrinə əsasən firmasının gəliri olmadığı halda maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar təqdim edərək Bakı şəhərində avtobuslarla sərnişindaşıma fəaliyyətini həyata keçirmək təyinatı üzrə kredit verilməsi üçün "Bank of Azerbaijan” ASC-yə müraciət edərək müxtəlif vaxtlarda 853 min manat  məbləğində kredit alaraq "Bank of Azerbaijan” ASC-yə külli miqdarda ziyan vurmasına, həmin kreditlər üzrə 1 milyon 244 min manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə "Bank of Azerbaijan” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.


 Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, cinayət işi üzrə İsmayıl Maqsudova Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və "İ-Qafqaz” firmasının mülkiyyətində olan ümumi dəyəri 480 min manat məbləğində qiymətləndirilmiş 12 ədəd "Daewoo” markalı daşınar əmlakı üzərinə həbs qoyulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol