Odlar Yurdu Universitetinin qadın müəllimi həbs olundu

Odlar Yurdu Universitetinin gənc müəllimi Leyla Əliyeva borca görə həbs olunub.
Anews.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən L.Əliyevanın anası Nüşabə Məmmədova deyib ki, qızı etdiyi səhvin ucbatından indi dəmir barmaqlıqlar arxasındadır.
Belə ki, Füzuli rayonundan məcburi köçkün olan L.Əliyeva bir neçə il əvvəl ailəsindən boşanıb və 4-5 min manat borcu olub: "Bu borcu ödəmək üçün tanış mağazadan qızıl götürüb lombarda qoyub, orada da qızılı yarı qiymətinə alıblar. Pulu borcunun bir hissəsinə verib, sonra isə lombarda pulu ödəyə bilmədiyi üçün mağazaya borclanıb. Bu yolla, həndəsi silsilə ilə borcunun miqdarı artıb. Qızım tələbə yoldaşı və dostu Gövhər İldırımzadədən borc pul istəyib. Gövhər və anası Sevda Leylaya deyiblər ki, banka 43 min dollar kredit borcu olsa da, əllərindəki nəğd pulu ona verə bilərlər. Əvəzində isə Leyla həm borclarını qaytarsın, həm də onların kreditini hissə-hissə ödəsin. Burada isə əlavə 5-6 min manatlıq faizi Leyla ödəməli idi. Razılaşma belə olub və Sevda İldırımzadə qızıma 43 min dollar verib. Leyla ilk ay üçün 3 min dollar krediti ödəyib, qalanını isə qızıla görə yaranan borclarına verib.
Bir neçə dəfə onun ev dustaqlığına buraxılmasını xahiş etmişik, prokuror da razılıq verib, amma məhkəmə onu həbsdə saxlayıb. Biz istintaq dövründə dəymiş zərərə görə 10 min manatdan çox ödəniş etmişik.
Biz bir valideyn olaraq hüquq-mühafizə orqanlarının rəhbərliyindən, məhkəmədən və zərərçəkmiş tərəfdən xahiş edirik ki, humanistlik göstərib qızımın azadlığa çıxmasına şərait yaratsınlar.
Leyla azadlığa çıxıb cehizini sataraq borcu ödəmək istəyir. Həbs ediləndə o, doktoranturada təhsil alırdı".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























