• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili qəzaya düşdü - İki yaralı

Millət vəkili qəzaya düşdü - İki yaralı
28.05.2020 21:23
Bu gün Bakının Nərimanov rayonunun Ağa Neymətulla küçəsindən zəncirvari avtomobil qəzası baş verib.
Anews.az  xəbər verir ki, hadisə şahidlərinin "Qafqazinfo"ya verdiyi məlumata görə, qəzada iştirak edən maşınlardan biri - 10-XJ-003 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobil millət vəkili Elman Məmmədova məxsus olub.
Hadisə ilə bağlı "Qafqazinfo"ya açıqlama verən millət vəkili Elman Məmmədov məlumatı təsdiqləyib:
"Bakı Dövlət Universitetinin yubiley tədbirindən çıxıb o istiqamətdə hərəkət edirdim. Oradakı parkın yanından keçirdim. Maşının sürəti 15-20 km/saat idi. Arxadan gəlib maşınımı vurdular, mən də qarşıdakı avtomobilə dəydim. Zəncirvari qəzanı törədən arxada olan 3-cü maşının, "Mecedes" markalı avtomobilin sürücüsü olub. Maşınım da qarşıdakı "Jiquli"yə dəydi. Mənim sürücüm yoxdur, avtomobili özüm idarə edirəm".
Qeyd edək ki, Səhiyyə Nazirliyi də məlum qəzayla bağlı məlumat yayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə çatdırılıblar. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol