İqbal Ağazadənin evinə BASQIN EDİLDİ

"Ümid” Partiyasının sədri İqbal Ağazadə evinə basqın edildiyini bildirib.
"Ay yarım öncə gecə saatlarında naməlum şəxs tərəfindən evimə gələn əsas elektrik xətti xüsusi alətlə kəsilib, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarılıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsilə müraciət edərəkƏ olayın araşdırılmasını xahiş etmişdim. Ərizəmə videogörüntüləri də əlavə etmişdim. Hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi.
İqbal Ağzadə olayı sıradan bir hadisə hesab etmədiyini deyib:
"Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi hüquq-mühafizə orqanlarına təhvil vermişəm. ( Xətai rayon 37- ci polis bölməsinə) Heç kim, o cümlədən istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq”.
Partiya sədri hüquq-mühafizə orqanlarından, xüsusilə cənab nazir Vilayət Eyvazovdan hadisənin professional araşdırılmasını xahiş edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























