• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt yolundan istifadə edənlərə ŞAD XƏBƏR

Bakı-Sumqayıt yolundan istifadə edənlərə ŞAD XƏBƏR
27.11.2019 14:15
Bir neçə gündür ki, Bakı-Quba yolundakı tıxacların aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Hazırda şimal istiqamətində tıxacın yaranmasına səbəb olan Xırdalan dairəsindəki dəmir yol körpüsünün altında genişləndirmə işləri getməkdədir.

Dəmir yol körpüsünün altında qazma işləri demək olar başa çatıb və hazırda  quraşdırma, bərkitmə işləri görülür. Burada şimal istiqamətində tıxacın aradan qaldırılması və hərəkətlilyii təmin etmək üçün mövcud tunelin genişləndirilməsi və yol qovşağının təkmilləşdirilməsi nəzərdə tutulur. Xırdalan dairəsindəki yol qovşağının təkmilləşdiirlməsi nəticəsində həm şimal istiqamətə, həm Xirdalan şəhərinə, həm də Binəqədi istiqamətinə hərəkətdə yaranan tıxacın aradan qaldırılması nəzərdə tutulur.

Bu barədə "Ölkə.Az”a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ümumiyyətlə  bu istiqamətdəki yolda təmamilə maneəsiz hərəkət təşkil edilməsi üçün kompleks işlər görülməkdədir:

"”20 Yanvar” körpüsündə hərəkətdə olan nəqliyyat vasitələri "Moskva" prospekti boyunca tunelə daxil olaraq heç bir maneə olmadan birbaşa Xırdalan tunelindən keçməklə Sumqayıt istiqamətinə hərəkət edə biləcəklər. Bundan başqa Biləcəri, Xırdalan və Binəqədi istiqamətindən gələn nəqliyyat vasitələri əlavə zolaqlar vasitəsilə yeni tikilən tunelə daxil ola biləcəklər. Yol hər iki istiqamətə genişləndiriləcək. Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolaq genişləndirilməsi nəticəsində ərazidə olan "Ekologiya postu” köçürüləcək. Həmçinin yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından Xarici Dairəvi yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən "20 yanvar" dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər”.

A.Nəcəfli onu da bildirib ki, yeni layihəyə əsasən həmçinin Xırdalan dairəsinin altından keçən tunel də genişləndiriləcək:

"Həmin tuneldə hər iki istiqamətə yol zolaqları ikidən 4-ə çatdırılacaq. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol