• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyindən "Ebola virusu" AÇIQLAMASI

Səhiyyə Nazirliyindən "Ebola virusu" AÇIQLAMASI
12.08.2014 19:20
İnsanların Ebola virusuna yoluxması halı Azərbaycan üçün aktual və təhlükə yaradan məsələ deyil.Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.Onun sözlərinə görə, bu xəstəliyin Azərbaycan üçün təhlükəli olmamasının əsas səbəbi həmin xəstəliyin daşıyıcısının və xəstəliyin yayılması üçün lazım olan mühitin ölkədə olmamasıdır: "Ebola virusunun yayılmasında iqlim də rol oynayır. Bu virus bizim ölkəmizə xas deyil. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi əsasında hər bir şey tənzimlənir. Əgər yoluxma olarsa, ÜST-nin tövsiyələri əsasında bütün tədbirlər yerinə yetiriləcək".R.İsmayılova bildirib ki, virusun yayılmasında iqlim də rol oynadığından Ebola virusuna yoluxma əsasən Afrika ölkələrində qeydə alınır. Digər ölkələrə isə bu yalnız "gətirilmə" yolu ilə gəlir, yəni kim isə orda xəstələnib hansısa ölkəyə gedir. Amma Ebola virusuna yoluxanlar tez öldüyündən həmin şəxslər də getdikləri ölkədə kimi isə yoluxdura bilmirlər və belə bir hal hələ qeydə alınmayıb.R.İsmayolova deyib ki, Ebola virusuna yoluxanlar arasında ölüm faizi çox yüksəkdir. İnsanlar bu virusa yoluxduqları qısa müddət ərzində dünyalarını dəyişirlər. Bu xəstəliyin bir insandan digərinə keçməməsi üçün fərdi gigiyenik mühafizə qaydalarına əməl olunmalıdır.Qeyd edək ki, bu gün İstanbuldakı Atatürk Hava Limanında Nigeriya vətəndaşı olan bir turistdə Ebola virusu aşkar edilib.Afrikanın qərbində yayılan Ebola virusundan indiyədək yüzlərlə insan dünyasını dəyişib. Tər, qan, tüpürcək yolu ilə yayılan bu virusa yoluxanların müalicəsi mümkünsüzdür. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.Qərbi Avropada Ebola virusundan ölənlərin sayı 1013 nəfər çatıb. Son məlumatlara görə, bu ölümcül virusa yoluxanların sayı 1848 nəfərdir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol