• $
  • €
  • ₽
  • ₺
  • £

Su polisi əməliyyat keçirib, balıqçı və ovçu saxlanılıb

Su polisi əməliyyat keçirib, balıqçı və ovçu saxlanılıb
27.11.2019 19:30
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

İdarədən "Report"a verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Polis bölməsinin əməkdaşları tərəfindən Şəmkir rayonu Kür çayı ərazisində gərginlik artıran cihazdan istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olan Eldəniz Bəhram oğlu Nəbiyev hadisə yerində yaxalanıb. 

Yoxlama zamanı ondan gərginlik artıran cihaz və bir ədəd rezin qayıq götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.
E.Nəbiyev tutduğu əməldən peşiman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.
Su Nəqliyyatında Polis İdarəsinin apardığı növbəti əməliyyat zamanı Lənkəran ərazisində qırmızı kitaba düşmüş ördək quşlarının ovlanması ilə məşğul olan Masallı rayonunun Öncəqala kənd sakini Nizami Şirəliyev saxlanılıb. Sənədi olmadan qanunsuz şəkildə ovçuluqla məşğul olan N.Şirəliyev Lənkəran Su Polis Şöbəsinin əməkdaşlarının xidməti ərazilərində olan Qızılağac Dövlət Qoruq ərazisində ələ keçib.

Saxlanılan şəxs qırmızı kitaba düşmüş quşları qanunsuz silahla ovladığını etiraf edərək bir daha bunu təkrarlamayacağını bildirib.
Qeyd edək ki, reydlər davamlı olaraq həyata keçiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol