Bakıda iki evdə yanğın

Bakıda iki mənzildə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 100 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bununla yanaşı, Xəzər rayonunda ümumi sahəsi 85 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxində 2 m² sahədə mebel və 1 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























