Azercell-in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb

Ötən həftə Bolqarıstanın Şumen şəhərində İnformatika üzrə XI Beynəlxalq
Payız Turniri təşkil olunub. Yarışda Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya,
Ukrayna və digər ölkələrdən qatılan iştirakçılarla yanaşı, Azərbaycan məktəbliləri
də öz biliklərini sınayıb. Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin şagirdi
Əziz Hüseynov yarışda uğurlu nəticə göstərərək, gümüş medal qazanmağa müvəffəq
olub.
Məlumat üçün bildirək ki, İnformatika üzrə Payız Turniri 2001-ci ildən
başlayaraq Şumen şəhərində keçirilir. 2009-cu ildən etibarən digər ölkələrin məktəbliləri
də turnirə qatılmağa başlayıb.
Məktəblimizin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri
hər zaman dəstəkləyən "Azercell Telekom” MMC-nin də böyük rolu var. Belə ki,
şagirdlər Təhsil Nazirliyi və Azercell-in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə
İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşa, öz elmi potensiallarını
nümayiş etdirə bilirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























