• $
  • €
  • ₽
  • ₺
  • £

“İcra başçısı torpağımızı qanunsuz olaraq Hacı İbrahimə verib”

“İcra başçısı torpağımızı qanunsuz olaraq Hacı İbrahimə verib”
29.11.2019 10:37
100 milyardlıq "Xəzər adaları” layihəsi üçün gündəmə gələn, sonra Beynəlxalq Bank” işi ilə bağlı işləri dolaşığa düşən və saxlanılaraq "Bandotdel”də ifadə verən iş adamı Hacı İbrahim Nehrəmli qoyunçuluq biznesinə başlayıb. Lakin kənd təsərrüfatında da biznesmenin işləri qaydasında getmir. Bu dəfə o, kəndlilərin torpağını əlindən almaqda ittiham olunur.

Unikal.org xəbər verir ki, "Qafqazinfo”ya müraciət edən Saatlı rayon sakini Validə Məmmədova bildirib ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Gülhüseyn Əhmədovun 2000 və 2003-cü il tarixli sərəncamları ilə ailə kəndli təsərrüfatı ilə məşğul olmaq üçün ona 30 hektar torpaq sahəsi ayrılıb: "O vaxtdan bəri mən burada qoyun və inək saxlayıram. 2009-cu ildə rayona yeni təyin olunan başçısı Siracəddin Cabbarov mənimlə həmin torpaq sahəsinin 15 il müddətinə istifadə edilməsi ilə bağlı icarə müqaviləsi bağladı. Lakin Siracəddin Cabbarov 2018-ci ildə torpağı qanunsuz olaraq İbrahim Nehrəmliyə verib. O da bir müddət sonra mənə verilən torpağın qonşuluğunda "Rom-Alpinos süd və ət məhsulları” MMC üçün fermalar tikdi. İbrahim Nehrəmli hər həftə sonu bura gəlib bizə ərazidən çıxmağımızı tələb edir. Biz bundan sonra məhkəməyə müraciət etdik və Şirvan İnzibati-iqtisadi Məhkəməsi bizim xeyrimizə qərar çıxardı.
Amma Nehrəmli İbrahimin Şirvan Apellyasiya Məhkəməsinə göstərdiyi təsirdən sonra, kəndliləri məhkəmə iclasına çağırılmadan milyonçunun xeyrinə qərar qəbul etdilər”.

Məhkəmə materiallarından görünür ki, İ.Nehrəmli Saatlının Sırma kəndində 1700 hektar torpaq sahəsi alıb və onun 30 hektarı da V.Məmmədovagilin təsərrüfatıdır. Hacı İbrahim məhkəməyə müraciət edərək kəndlilərin onun torpaq sahəsində mal-heyvan otardıqları üçün ona 10 min manata yaxın ziyan vurduqlarını bildirib. Həmçinin, bu işə görə ona mənəvi zərər dəydiyini idda edərək 9396 manat otlaq pulu, 50 min isə mənəvi zərərə görə kəndlilərdən pul istəyib. Həmçinin 2000-ci ildən bəri qoyunçuluqla məşğul olan kəndlilərin o torpaq sahəsindən çıxarılmasını istəyib.
Məhkəmə gedişatında məlum olub ki, İ.Nehrəmli Saatlıda 3 min baş qoyun saxlayır.

V.Məmmədova əlində sənədləri olduğu halda qanunsuz olaraq torpaq sahəsindən çıxarılmaq istədiyini və bu barədə məhkəməyə İ.Nehrəmlinin əlaqələri vasitəsilə təsir etdiyini iddia edib. 78 yaşlı Validə Məmmədova Ali Məhkəmənin ədalətli qərar verməsini istədiyini bildirib.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol