• $
  • €
  • ₽
  • ₺
  • £

Reyhan Camalova daha bir mükafata layiq görüldü

Reyhan Camalova daha bir mükafata layiq görüldü
29.11.2019 14:46
Bakı şəhəri 283 nömrəli tam orta məktəbin XI sinif şagirdi Reyhan Camalova Türkiyədə yeni mükafata layiq görülüb.

Qaynarinfo xəbər verir ki, Reyhan Camalova İstanbulda keçirilən "TRT World Citizen Awards 2019”da yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu kəşf etdiyi üçün "Gənclik” mükafatı ilə təltif edilib.

Mükafatlandırıma mərasimində çıxış edən R.Camalova təltif olunduğu üçün təşəkkür edərək öz uğurları barədə danışıb. Bu layihəni həyata keçirməkdə əsas məqsədin cəmiyyət üçün xeyirli bir addım atmaqdan ibarət olduğunu, "Gənclik” mükafatını isə gənclərin adından aldığını vurğulayıb.

Bununla yanaşı, o, dünyanın müxtəlif ölkələrindən təşəbbüsləri ilə diqqəti cəlb edən şəxlərlə də tanış olmaq imkanı qazanıb.

Qeyd edək ki, mükafatlandırılma mərasimində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da iştirak edib.

Onu da qeyd edək ki, Reyhan Camalova 4-5 aprel 2019-cu il tarixində Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib. Gənc ixtiraçı R.Camalova həmçinin 6 mart 2019-cu il tarixində Dubayda keçirilən "SME Beyond Borders 10X" biznes və sahibkarlıq konfransında da alternativ enerji mövzusunda çıxış edib, həmçinin "Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib.

Reyhan Camalova "Sabahın alimləri” VIII Respublika müsabiqəsində "Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə də R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində "Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı əldə edib.

Eyni zamanda R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun  gənc ixtiraçısı və dünya üzrə 100 nüfuzlu qadından biridir. Reyhan Camalovanın adı "Forbes"in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı" siyahısına da daxil edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol