• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bəzi kişilər öz arvadlarını bu hərəkəti etməyə məcbur edir - Rəsmi AÇIQLAMA

Azərbaycanda bəzi kişilər öz arvadlarını bu hərəkəti etməyə məcbur edir - Rəsmi AÇIQLAMA
29.11.2019 15:24
Bu il ərzində gömrük orqanları tərəfindən daxili orqanlarında narkotik keçirmə ilə bağlı 108 fakt aşkarlanıb. Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı bildirib.

DGK rəsmisi qeyd edib ki, ötən il bu rəqəm 87 olub:

"Bu işdə həm qadınlar, həm də kişilərin iştirakı var. Son illər belə qadınların sayı ümumilikdə 14%-ə çatıb.

2018-ci il ərzində Azərbaycanda qadınlar arasında 87 halda daxili bədən boşluqlarında narkotiklərin keçirilməsi faktı qeydə alınıb. Hətta bəzi kişilər öz qadınlarını, həyat yoldaşlarını, ana və bacılarını, uşaqlarını bu işə cəlb edirlər. Təbii ki, qadınları bu yola məcbur edirlər".

Güloğlan Muradlı həmçinin bildirib ki, bu ilin 11 ayı ərzində narkotik qaçaqmalçılığı ilə bağlı 350 fakt qeydə alınıb:

"Ötən il bu rəqəm 264 olub.  Ümumilikdə bu ilin 11 ayında qeydə alınan faktlar müstəqillik illərindən bəri rekord göstəricidir, hansı ki, həyəcan təbili çalmağı tələb edir".

O həmçinin qeyd edib ki, narkotacirlər işğal altında olan Qarabağ ərazilərindən narkotik vasitələrin Avropaya daşınmasında istifadə edirlər.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol