• $
  • €
  • ₽
  • ₺
  • £

Qubada 900-dən çox evə qaz verildi

Qubada 900-dən çox evə qaz verildi
29.11.2019 22:30
Quba rayonunun Əliməmmədoba, Çaydüzü, Hacıhüseynli kəndləri və Gənclər qəsəbəsinin qazlaşdırılması istiqamətində işlər başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.
 
"Azəriqaz" İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, qazlaşdırma işləri üçün Əliməmmədoba kəndində 16 902 metr, Çaydüzü kəndində 5299 metr, Hacıhüseynli kəndində 31 255 metr, Gənclər qəsəbəsində isə 9907 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir ev fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub.
 
Bildirilib ki, Əliməmmədoba kəndində 248, Çaydüzü kəndində 65, Hacıhüseynli kəndində 488, Gənclər qəsəbəsində 106 fərdi yaşayış evi bu gündən etibarən təbii qazdan istifadə edəcək.
 
Onu da qeyd edək ki, bu gün Quba rayonunda "Barlı” Qaz Tənzimləyici Məntəqəsi (QTM) də istifadəyə verilib. Hələlik bu məntəqə 5 kəndin qaz təchizatına xidmət göstərir. Lakin perspektivdə Quba rayonundan 19 km aralıda, Xaçmaz rayonu istiqamətində digər kəndlərin də bu QTM-ə qoşulma imkanları olacaq. Bu isə rayonda qaz təchizatının texnoloji rejimdə tənzimlənməsi, eləcə də dayanıqlı şəkildə abonentlərə çatdırılmasına şərait yaradacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol